ATMU-da “Açıq qapı” günü keçirildi

2017--2018-ci tədris ilinin imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində imtahan qərargahı yaradılmışdır. Qərargah sədri rektor İlham Mədətov, sədr müavinləri isə prorektorlar İranə Əliyeva və Anar Eminovdur. İmtahan qərargahına Milli Məclisin üzvləri Musa Qasımlı, Elman Nəsirov və Aydın Mirzəzadə,  AMEA-nın nəzdində Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev,Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, ”Baku Biznes Factory”nin layihə rəhbəri Rəşad Məmmədov, “Tüv Avstriya” Azərbaycan ofisinin rəhbəri Cavid Hidayətov, “Skal İnternational Baku”nun prezidenti Ceyhun Aşurov, “CRC” şirkətinin təsisçisi Dəyanət Əhmədov, KİV nümayəndələri daxildir. Eyni zamanda qərargahın tərkibinə valideynlər daxil edilib.

Dünən ATMU-da 2017/2018 –ci tədris ilinin imtahan sessiyasının gedişini izləmək üçün “Açıq qapı” günü keçirildi. Rektor İlham Mədətov tədbir iştirakçılarını universitetdə salamlamaqdan məmnunluğunu bildirdi. Söhbət əsnasında ATMU-da elmin incəliklərinə bələd olmaq, seçdiyi peşənin gələcəkdə layiqli mütəxəssisi olmaq üçün bu gün yalnız oxumağın əsas meyar olduğunu diqqətə çatdırdı. Xarici ölkələrə səfərləri zamanı təhsillə bağlı rastlaşdığı maraqlı hadisələrdən, universitet və ya kolleclərə daxil olmağın asan, amma oxumağın çətinliklərindən söz açdı. Valideynlərə müraciət edərək, oxumaq istəməyənin illərini havayı xərcləməsinə imkan verməməyi tövsiyə etdi. Dedi ki, uşağın qabiliyyəti, bacarığı nəyə çatarsa və istəyi nəyə olarsa, onu o sahəyə yönləndirmək daha məqsədəuyğundur.

ATMU-nun prorektoru Anar Eminov universitetdə yaradılan imtahan qərargahından söhbət açdı. Diqqətə çatdırdı ki, imtahanlarda səffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılır, imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ aradan qaldırılır. Buna görə də qərargahın qaynar xətti 24 saat açıqdır. Gecənin hansı saatında verdiyi cavabla, qiymətləndirilmə ilə bağlı tələbənin qaynar xəttə müraciət etmək imkanı var.

 Qeyd etmək lazımdır ki, ATMU-da 3 fakültə fəaliyyət göstərir. Konkret olaraq indiyədək ali təhsil müəssisəsinin turizm və qonaqpərvərlik fakültəsində bakalavr və magistr pilləsi üzrə 24 qrupda 74 imtahan keçirilib.Ümumi imtahan nəticəsi isə 3.600 həddindədir.Biznes idarəçiliyi fakültəsində 17 qrup üzrə 80 imtahandan 1978, Xidmət mühəndisliyi fakültəsində isə 41 qrup üzrə 154 imtahandan 5600 nəticə alınıb.

Ümumi tanışlıqdan sonra tədbirdə iştirak edən valideynlər, ekspertlər və universitetin rəhbərliyi imtahanların gedişini izləmək üçün auditoriyalara daxil oldular.

  

      Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında