İctimai Nəzarət Şurasının üzvləri imtahanın gedişini izləyiblər

Azərbaycan Tibb Universitetinin (ATU) rektorluğu yanında İctimai Nəzarət Şurasının üzvləri universitetin İmtahan Mərkəzinə baxış keçirib və burada aparılan imtahanın  gedişi ilə tanış olublar.

ATU-nun İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov universitetdə iki imtahan zalı və ümumilikdə 220 kompüter olduğunu bildirib. Deyib ki, son dövrlər imtahanların formatında dəyişiklik olub: “Artıq ikinci ildir ki, III kursdan yuxarı oxuyan tələbələrə 50 sual verilir. Hər sual 1 balla qiymətləndirilir. II kurslarda isə tələbəyə 25 sual verilir və hər suala 2 bal verilir, yəni cəmi 50 bal toplamaq mümkündür”.

Digər dəyişiklik  I və II kursların imtahanlarına tətbiq edilib. Belə ki, təməl fənlər üzrə sınaqlarda klassik testlə -- yəni, qapalı tipli suallarla yanaşı, açıq tipli suallar da verilir. Həmin fənlərdən 10 açıq, 15-i qapalı tipli suallar salınır. Klassik üsullu test variantında hər suala 5 cavab variantı verilir. Lakin açıq suallı testlərdə tələbənin özü cavabı tapıb yazır.

Ş.Bayramovun sözlərinə görə, açıq tipli sualların tətbiqində əsas məqsəd tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onların dərsliklərlə, kitablarla daha çox işləməsinə nail olmaqdır.

Qeyd edək ki, Şuranın sədri Milli Məclisin deputatı, qastroenteroloq İlham Məmmədovdur. Şura  üzvləri -- Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü   Vüqar Rəhimzadə, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva baxışda iştirak ediblər.

 İctimai Nəzarət Şurasının üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır.

 Şura üzvləri ATU-nun imtahan mərkəzi ilə yanaşı, Tədris Stomatoloji Klinikasının tədris mərkəzində də olub, burada aparılan imtahanların gedişini izləyiblər.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında