Azərbaycan Tibb Universitetində Milli Qurtuluş Günü qeyd olunub

 Azərbaycan Tibb Universitetində (ATU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək bu günün Azərbaycan xalqı  üçün daşıdığı önəmdən söz açıb: “Tam səmimiyyətlə demək lazımdır ki, bu, tarixi bir gündür. Həmişə belə sual səslənir ki, şəxsiyyətləri tarix formalaşdırır, yoxsa şəxsiyyətlər tarixə təsir edir?! Mən hesab edirəm ki, bu suala Azərbaycanın yaxın tarixində cavab tapmaq mümkün olacaq”.

G.Gəraybəyli qeyd edib ki, 25 il bir insanın həyatı üçün böyük mərhələ olsa da, ölkənin inkişafı və tarixi üçün böyük bir müddət deyil. O, qeyd edib ki, 25 il ərzində Azərbaycanın keçdiyi yolu yaxşı xatırlayırıq. 25 il öncə Bakının və bütövlükdə Azərbaycanın tarixi və sosial baxımdan hansı vəziyyətdə olduğunu bilirik. İqtisadi böhran, müharibədə ardıcıl itkilərimiz, vətəndaş müharibəsi təhlükəsi və s. kimi mürəkkəb situasiya yaranmışdı.

Rektor daha sonra bildirib ki, məhz milli lider Heydər Əliyevin sayəsində Azərbaycan xalqı indiki rifah halına çatıb. Ölkədə iqtisadi inkişaf yaranıb, dövlətin beynəlxalq imici möhkəmlənib, Azərbaycan regionda və hətta dünyada öz sözünü deyən bir ölkəyə çevrilib. 

G.Gərabəyli çıxışının sonunda tədbir iştirakçılarını və ATU-nun tələbə-müəllim heyətini Ramazan bayramı, o cümlədən ölkədə səhiyyə sisteminin yaradılmasının 100 illiyi münasibətilə təbrik edib. 

Toplantıda İctimai fənnlər kafedrasının müdiri, professor Qoşqar Əliyev, I mamalıq-ginekologiya kafedrasının müdiri, professor  Elmira Əliyeva, II müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Leyla Gəncəliyeva çıxış edərək Qurtuluş Gününün tarixi, müasir müstəqillik dövründə səhiyyə sahəsində əldə ounan nailiyyətlər haqqında fikirlərini bölüşüblər.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında