ATMU- da Buraxılış Yekun Dövlət Attestasiya imtahanına start verildi

         Azərbaycan Turizm və Menecment Universitetində 2017--2018 – ci tədris ilinin yekunlarına əsasən ali təhsillərini bitirmək üçün tələb olunan kreditləri toplayan bakalavrların Buraxılış Yekun Dövlət Attestasiya imtahanına start verilib.

 Universitetin biznes idarəçiliyi fakültəsində başlayan Buraxılış Yekun Dövlət Attestasiya imtahanın açılışında maliyyə, menecment və  marketinq ixtisasları üzrə sədr təyin olunmuş Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev  tələbələrə uğurlar diləyib.

 ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsinin bakalavr pilləsini bitirən tələbələrə dörd illik təhsil nəticəsinin qənaətbəxş  olacağına əminliyini  bildirib.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında