AMEA-da “Saytların dil mənzərəsi” ilə bağlı aparılan monitorinqlərin nəticəsi açıqlanıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib. www.science.gov.az saytı yazır ki, Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırıb. Qurumda sərəncamın icrası ilə bağlı Monitorinq şöbəsi yaradılıb və reklamlarda, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilir.

Dilin bir xalqın ən böyük milli-mənəvi sərvəti olduğunu deyən akademik 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətin mühüm atributlarından biri kimi bu məsələyə xüsusi önəm verdiyini söyləyib. O, AXC hökumətinin qəbul etdiyi ikinci rəsmi sənədin dillə bağlı olduğunu bildirib və  1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb.

Sonra çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, fil.ü.f.d., dos. Sevinc Əliyeva Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. İnstitutun aparıcı elmi işçisi, fil.ü.f.d, dos. Şahlar Məmmədov “Saytların dil mənzərəsi” ilə bağlı monitorinqlərin nəticəsini açıqlayıb. O, çıxışında saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslərin müşahidə edildiyini və 30-a yaxın elektron mediada monitorinqlərin aparıldığını söyləyib.

Ş.Məmmədov bu gün saytlarda fonetik səviyyədə yazı qaydalarının pozulması və sözün əcnəbi dildəki variantına uyğun yazılışı ilə bağlı ciddi səhvlərin olduğunu diqqətə çatdırıb. O, həmçinin idarə əlaqəsinin pozulması, inversiya və durğu işarələrinin düzgün qoyulmaması kimi qrammatik səhvlərin də saytlarda geniş yayıldığını söyləyib.

Daha sonra Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

 

                                                                             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında