AMEA-nın magistraturasına qəbulla bağlı görüş keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirilib. www.science.gov.az saytı xəbər verir ki, idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun və Magistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyevin iştirak etdikləri görüşdə məqsəd AMEA-nın magistraturasına qəbulla bağlı bakalavrların müsahibəsinin təşkili olub.

İclası H.Hüseynov açaraq bu il AMEA-nın magistraturasına 4-cü dəfə qəbulun aparılacağını və bakalavrların 12-14 iyun tarixlərində akademiyanın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış müsahibə komissiyalarından keçəcəklərini söyləyib. Qeyd edib ki, 2018/2019-cu tədris ilində AMEA-nın magistraturasına 10-nu rus bölməsi olmaqla, 50 ixstisaslaşma üzrə 92 plan yeri ayrılıb. O, müsahibə komissiyalarının fəaliyyətinin təşkili üçün yaddaş vərəqələrinin tərtib edildiyini və Təhsil şöbələrinə göndərildiyini diqqətə çatdırıb. H.Hüseynov bildirib ki, komissiyaların başlıca vəzifələri müsahibələrin obyektiv keçirilməsini və bakalavrların düzgün istiqamətləndirilməsini təşkil etməkdir. Akademiyanın cari magistrantları barədə də danışan H.Hüseynov bu il 57 nəfərin məzun olacağını söyləyib.

Sonra Magistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev çıxış edərək AMEA-nın cari magistrantlarının yay imtahan sessiyası və ikinci kurs tələbələrin müdafiələri barədə məlumat verib. O, həmçinin magistrantların dünya elminə inteqrasiyası və maarifləndirilməsi, innovativ yeniliklərlə tanışlığı, o cümlədən ideya və layihələrin həyata keçirilməsi üçün mütəmadi seminarların keçirildiyini bildirib və tələbələrin bu tədbirlərdə fəal iştirakının vacibliyini vurğulayıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında