Şagirdlərin olimpiadalara hazırlığı sahəsində səmərəli əməkdaşlıq

Ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyəti, şagirdlərin olimpiadalara hazırlığı sahəsində Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə səmərəli əməkdaşlıq edir. Həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, son 5 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar. Bu tədbirlər şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşmasına zəmin yaradır.

Bunu AMEA-nın illik ümumi yığıncağında təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, hər il ali təhsil müəssisələrində aparılan fundamental və tətbiqi elmi-tədqiqat işlərinin nəticələri Təhsil Nazirliyi tərəfindən təhlil edilir, mühüm elmi nəticələr ölkə üzrə hazırlanan ümumi hesabata daxil edilmək məqsədilə AMEA-ya təqdim olunur. 2017-ci ildə 152 mühüm elmi nəticə seçilərək AMEA-ya təqdim edilib.

Nazir diqqətə çatdırıb ki, elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics ("Thomson Reuters") şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə, 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb.

O, magistratura səviyyəsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbə təqaüdlərinin məbləğinin artırılması nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayının əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayının isə 74 faiz artdığını söyləyib.

AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanıldığını bildirən nazir deyib: “Son dörd ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 68 faiz artıb”.

Hazırda ölkə üzrə doktorantura pilləsində təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65 faizi, elmlər doktoru üzrə təhsil alanların 50 faizi ali təhsil müəssisələrinin payına düşür.

                                                                  Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında