“Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin nəticələrini açıqlayıb. www.science.gov.az saytı yazır ki, müsabiqə 2016-cı ilin dekabrın 28-də elan olunub. Qrant layihələri 2017-ci il 05 yanvar-28 fevral tarixləri arasında müsabiqəyə daxil olub. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə Azərbaycan tərəfindən 138 layihə təqdim edilib. Layihələrin texniki ekspertizası təşkil olunub, 133 layihə  elmi ekspertiza mərhələsinə buraxılıb.

Müsabiqənin nəticələrinə əsasən, “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək - 51.45 faiz olub. Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yer haqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə isə 17 layihə qalib elan edilib. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 090 min manat təşkil edib.  

70 layihənin icra müddəti 1 il, 1 layihənin icra müddəti isə 2 ildir. Layihələr akademik və ali təhsil müəssisəsindən olan 2 rəhbərlə (əsas rəhbər və həm-rəhbər) təmsil olunur və müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektivin formalaşdırılmasında akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilib.

Layihələr AMEA Fizika, Radiasiya Problemləri, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri, Polimer Materialları, Geologiya və Geofizika, Coğrafiya, Neft və Qaz, Aşqarlar Kimyası, Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya, Zoologiya, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Memarlıq və İncəsənət, Folklor, Ədəbiyyat, Qafqazşünaslıq, Dilçilik, Şərqşünaslıq, Fəlsəfə, Tarix, Hüquq və İnsan Haqları, İqtisadiyyat institutlarında, İşlər İdarəsinin 1 və 3 nömrəli Laboratoriyaları, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyində, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AR Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADA Universiteti , AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti, Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri  Təkmilləşdirmə İnstitutunda, həmçinin Müəllif Hüquqları Agentliyində yerinə yetiriləcək.

 

                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında