Gəray Gəraybəyli amerikalı professor Robert A.Jecklinlə görüşüb

ABŞ-ın Viskonsin ştatının La Crosse Universitetinin professoru Robert A. Jecklin Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Professor Robert A. Jecklin ictimai səhiyyə fakültəsinin nəzdindəki kafedraların dərs proqramları ilə tanış olub. Amerikalı mütəxəssis ictimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisasına aid olan kafedralarda dərsliklərinin yenilənməsi, dərs proqramlarının modernləşdirilməsi işinin təşkilinə yardım etmək məqsədilə geniş rəy hazırlayıb.

Amerikalı professor Robert A.Jecklin ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşündə hazırladığı hesabatı ona təqdim edib. Görüş zamanı Gəray Gəraybəyli amerikalı həmkarına dəvəti qəbul edib göstərdiyi yardıma görə təşəkkürünü bildirib. G.Gəraybəyli onun kimi yüksək səviyyəli mütəxəssis rəyinin çox önəmli olduğunu vurğulayaraq bu hesabatın işlərin təkmilləşdiriməsində yardımçı olacağına inandığını deyib.

Professor Robert A. Jecklin qeyd edib ki, səfər zamanı ATU-da ictimai səhiyyə fakültəsində yaradılan şəraitlə, tədris proqramı ilə tanış olub. Azərbaycanda ictimai səhiyyənin vəziyyəti, bu sahənin tədrisi, Azərbaycan və ABŞ-da ictimai səhiyyənin tədris sistemləri arasında fərq və s. mövzularda araşdırma aparıb. Nəticədə, Azərbaycanda ictimai səhiyyənin tədrisinin yaxşılaşdırılması ilə bağlı rəy hazırlayıb. Professor R.Jecklin bu araşdırmanın ATU rəhbərliyinə kömək olacağına ümid etdiyini deyib.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent  Nadir Zeynalov və ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı, dosent Anar Ağayev iştirak ediblər.

Qeyd edək ki, professor R.Jecklin bir ay ərzində ATU-nun qonağı olub.  O, ictimai səhiyyə fakültəsinin VI kurs tələbələri və fakültənin kafedralarının professor-müəllim heyəti qarşısında “ABŞ-da uşaq və yeniyetmələrin sağlamlığının qorunması sahəsində ictimai səhiyyənin praktikası” mövzusunda çıxış edib.  Bundan əlavə, fakültə dekanı, dosent Anar Ağayevin iştirakı ilə bir sıra görüşlərdə iştirak edib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında