Monqolustan və Azərbaycan arxeoloqları birgə tədqiqatlar aparacaqlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Monqolustan Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova son illər aparılan tədqiqatlar və əldə olunan elmi nailiyyətlər barədə danışıb. Qonağa ABŞ, Fransa, Almaniya, Yaponiya, Koreya Respublikası və digər ölkələrin tədqiqatçıları ilə birgə beynəlxalq ekspedisiyalar barədə məlumat verilib.

Akademik D.Reqdel Azərbaycanın arxeoloq alimləri ilə elmi əlaqələrin qurulmasında maraqlı olduqlarını deyib.

MEA-nın Tarix və Arxeologiya İnstitutunun direktoru, professor Çuluun Sampildondov Monqolustan ərazisində aparılan arxeoloji tədqiqatlardan bəhs edib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı beynəlxalq layihə çərçivəsində Monqolustanda apardığı arxeoloji tədqiqatlardan söz açıb.

Görüşdə gələcəkdə birgə arxeoloji və etnoqrafik tədqiqatlar sahəsində əməkdaşlıq barədə ümumi razılığa gəlinib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında