"Dilçilik İnstitutunun əsərləri" jurnalı işıq üzü görüb

"Dilçilik İnstitutunun əsərləri" jurnalının cari ildə ilk sayı çapdan çıxıb. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən jurnalın baş redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.

 

www.science.gov.az saytı yazır ki, jurnalın dil tarixi və dialektologiya, müasir Azərbaycan dili və terminologiya, nəzəri dilçilik məsələləri, türk dilləri, resenziya və personalia bölmələrində 40-a yaxın məqalə yer alıb. Oxucular nəşrdə "Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında", "Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibində maddi-mənəvi leksika", "Qloballaşma dövründə dildə gedən proseslər: mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış", "Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə dair", "Kompüter dilçiliyinin inkişaf tarixinə bir nəzər", "Dünya dillərində homogen sözlər" və digər məqalələrlə tanış ola bilərlər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında