Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri BDU tələbələri ilə görüşüblər

BDU Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə, Karyera, Praktika və Məzunlarla Əlaqə Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Ekologiya və torpaqşünaslıq, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin IV kurs tələbələri ilə görüşüblər. Görüşdə Komitənin İnsan resurslarının idarə edilməsi və Dövlət qulluğu şöbəsinin müdiri Nuranə Nəzərova, şöbənin müdir müavini Hüsaməddin Əlizadə və  məsləhətçisi Şəmistan Şəmistanzadə tələbələrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin idarələri və şöbələri haqqında məlumat verib, işə qəbulla bağlı prosedur qaydalardan danışıb, tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

                                                                             İsaq Əmənullayev
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında