Yeni yaradılmış “Social Hub” İnnovasiyalar Mərkəzinə ümidlər böyükdür

Müasir dövrdə azərbaycanlı gənclərin sosial innovasiyalara marağı böyükdür və onların  innovativ ideyalarının reallaşdırılması üçün imkanlar yaradılır. Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı və “Social Hub” İnnovasiyalar Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilmiş  tədbirdə səsləndirilib.  Tədbirdə Azərbaycan milli innovasiya ekosistemi olaraq gücləri birləşdirməklə, sosial innovasiyalar və təşəbbüskarlığın təşviqi ilə yanaşı, qlobal ekosisteminə inteqrasiya müzakirə edilib.

Tədbirdə çıxış etmiş “Social Hub”İnnovasiylar Mərkəzinin həmtəsisçisi Nərgiz Xələf təşkilatın əsas məqsədi barədə məlumat verib. Qloballaşan dünyada informasiya texnologiyalarının və sosial innovasiyaların əhəmiyyətindən söz açan natiq bildirib ki, ölkəmizin də bu sahədə beynəlxalq aləmdə təmsil edilməsi olduqca aktualdır. Hədəflərinin beynəlxalq aləmə çıxış olduğunu vurğulayan Nərgiz Xələf bunun üçün fəaliyyətə başladıqlarını vurğulayıb və onlara dəstək olanlara minnətdarlıq edib. Daha sonra AMEA Yüksək Texnologiyalar  Parkının direktoru Vüqar Babayev, Gənclər və İdman Nazirliyinin  sektor müdiri  Rüstəm Abdullayev, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Fuad Hümbətov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndəsi Anar Cəfərov çıxış edərək innnovativ texnologiyaların dünyadakı yerindən və inkişaf istiqamətlərindən, bu sahənin Azərbaycanda inkişafının vacibliyindən danışıblar. Bu baxımdan yeni yaradılmış qurumun cəhdləri yüksək qiymətləndirilib.

Ölkəmizin davamlı inkişafının sahibkarlıqdan keçdiyini vurğulayan tədbir iştirakçıları bu yolda yeni innovativ ideyalarla çıxış edən   gənclərə daima dəstək göstərildiyini deyiblər.

Tədbirin sonunda “Social Hub”İnnovasiyalar Mərkəzinin digər həmtəsisçiləri Amin Məmmədov mərkəzin strateji planları,  mərkəzin həmtəsisçisi Vüsal Süleymanlı isə mövcüd layihələr haqqında məlumat verib.

Azərbaycan və qlobal innovasiya ekosisteminin  aktuallığı, “Social Hub” təşkilatının fəaliyyət sahələri və gələcək layihələr haqqında məlumat verilib. O cümlədən ölkəmiz üçün sosial innovasiyalar və sahibkarlığın önəmindən bəhs edilib.

Tədbirdə Azərbaycanın innovasiya və sahibkarlıq ekosisteminin üzvləri, Dövlət nümayəndələri, səfirlik, Avropa ittifaqı, Birləşmiş Millətlər Təşkilatı, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin biznes inkubatorlar və gənc alimlər  də iştirak edib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında