“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən pedaqoqlarla görüş

“Rəqəmsal bacarıqlar” layihəsinin (“İnformatika” fənninin tədrisinə dair pilot layihəsi) birinci ilinin yekunu və əldə olunan nəticələrin müzakirəsi  ilə əlaqədar cari tədris ilində layihə çərçivəsində tədris aparan pedaqoqlarla görüş keçirilib. Görüş Təhsil Nazirliyi, “Rəqəmsal bacarıqlar” layihəsinin icraçısı, informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə təşkil olunub.

Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, “Alqoritmika” şirkətinin rəhbərliyi, məktəb direktorları ilə yanaşı cari tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə  6500-ə yaxın V sinif şagirdinə informatika fənnini yeni formatda tədris edən 150-dən çox müəllim iştirak edib.

Təhsil nazirin müşaviri Həsən Həsənli  tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Təhsil İşçilərinin Peşəkar İnki şafi İnstitutunun direktor müavini, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov çıxış edərək tədbirin gündəmini təqdim edib. “Alqoritmika” şirkətinin yaradıcısı və baş direktoru Andrey Lobanov tərəfindən layihə çərçivəsində “XXI əsrin bacarıqları” mövzusunda keçirilmiş araşdırmanın nəticələrinin təqdimatı keçirilib. Daha sonra layihənin Azərbaycanda ilk tədris ilinin xülasəsi, nəticələr və gələcək planlar haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilində pedagoji fəaliyyətində nümayiş etdirdiyi yüksək nəticələrə görə seçilmiş müəllimlər təşəkkürnamə ilə təltif ediliblər.

 

                                                             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında