Soyqırım qurbanlarının xatirəsi yad edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirildi.
Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri akademiyanın I prorektoru, professor Əlikram Abdullayev açaraq, azərbaycanlıların soyqırımı tarixindən, XX əsrin əvvəllərində erməni millətçiləri və daşnaklarının "Böyük Ermənistan" yaratmaq xülyası ilə Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərlərində, Göyçay qəzasında, həmçinin Qarabağda, Zəngəzurda, Naxçıvanda vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmələrindən danışdı. O, əsrlər boyu soyqırımı və deportasiyaya məruz qalmış xalqımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat verərək dedi ki, erməni şovinistləri "Böyük Ermənistan" yaratmaq iddiasını həyata keçirmək üçün zaman-zaman Azərbaycan torpaqlarını işğal etmiş, soydaşlarımızı öz doğma ata-baba yurdlarından didərgin salmışlar. Onlar azərbaycanlılara qarşı amansız soyqırımı törətmişlər. Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Ə.Abdullayev diqqətə çatdırdı ki, erməni şovinistləri keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun onlara himayədarlığından yararlanaraq 1988-1993-cü illərdə Azərbaycana hərbi təcavüz nəticəsində 20 mindən artıq soydaşımızı qəddarlıqla qətlə yetirmiş, 100 min nəfərdən çox insanı yaralamış, 50 min nəfərə isə müxtəlif dərəcəli bədən xəsarəti yetirmişlər.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı barədə məlumat verən Ə.Abdullayev bunu bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirdir. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülmüşdür. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.
Ə.Abdullayev qeyd etdi ki, Ermənistanın işğalçılıq siyasəti hazırda beynəlxalq aləmdə kəskin pislənilir. Bu, Azərbaycanın dövlət başçısının düşünülmüş şəkildə həyata keçirilən xarici siyasətinin uğurudur.
Natiq, bütün sahələrdə olduğu kimi, Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamətində də ulu öndər Heydər Əliyevin siyasi ideoloji xəttini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə etdiyini, məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi diplomatiyanın bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu vurğuladı.
Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, professorlar Namiq Axundov, Nigar Ələkbərova, Musa Quliyev, dosentlərdən Elçin Əhmədov, Rəna Bayramova, Çingiz Məmmədov və Fəxrəddin Nağıyev öz çıxışlarında bu tarixi gün haqqında, ermənilərin mənfur siyasəti və bu siyasətin havadarları tərəfindən əsrlər boyu xalqımızın başına gətirilən dəhşətli faciələr barədə danışdılar. Bu istiqamətdə daha böyük işlər görməyin vacibliyi qeyd edildi və həmin məsələlərin beynəlxalq təşkilatlar tərəfindən tezliklə həqiqi qiymətini alacağına əmin olduqlarını bildirdilər.
Anım mərasimində Milli Məclisin deputatlarından Hadi Rəcəbli, Musa Urut və Aydın Mirzəzadə iştirak etdirdilər.
Sonda Azərbaycanın əzəli, tarixi torpaqlarında erməni dövlətçiliyinin yaradılmasına zəmin hazırlandığını nümayiş etdirən 4 xəritə təqdim olundu. XVIII-XIX əsrə aid Rusiya imperiyasının hərbi mütəxəssisləri tərəfindən tərtib olunmuş bu xəritələr İrəvan, Naxçıvan, Qarabağ xanlıqları əraziləri hesabına erməni vilayətinin yaradılmasını əks etdirir. Təqdim olunan xəritələr Azərbaycanın torpaqlarına qarşı təcavüzün təksibolunmaz sübutudur.

{nl}

Sona MƏMMƏDBƏYOVA, DİA-nın mətbuat və informasiya xidmətinin rəhbəri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında