ATU-nun hazırlıq kursuna Skype-la qəbul aparılır

Yeni tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna qeydiyyat yeni -- elektron qaydada aparılır. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018-2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

Haızrlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında  xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələdə namizədlərlə Skype bağlantısı vasitəsilə müsahibə aparılır.

Artıq Türkiyə, İran, İraq, Yəmən vətəndaşları ilə Skype üzərindən müsahibələr aparılıb. Bu gün ATU-nun rektoru professor Gəray Gəraybəyli prosesin təşkili ilə tanış olub, Skype-la müsahibənin gedişini izləyib, prosedurun daha da təkmilləşdirilməsi üçün təkliflərini verib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovun sözlərinə görə, müsahibə zamanı tələbə olmaq istəyənlərin bilik səviyyəsi dəyərləndirilir: “İntervyu 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir”.

Skype-la müsahibə 8-10 dəqiqə davam edir. Komissiya ATU-nun idarə heyətinin üzvləri və fənn müəllimlərindən təşkil olunub. Müsahibə komissiyasının tərkibinə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, rektorun müşaviri Zülfüqar Musabəyov, ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilov, xarici tələbələrlə iş üzrə dekan Orxan İsayev və fənn üzrə müəllimlər daxildir.

Universitetin hazırlıq kursuna qəbul edilmiş əcnəbi vətəndaşlara tələbə vizası almaq üçün müvafiq sənədlər göndərilir. Sənədləşmə işləri başa çatdıqdan sonra bu şəxslər respublikamızın miqrasiya qanunvericiliyinə uyğun qaydada tələbə vizası ilə təmin olunub ATU-nun hazırlıq kursuna qatıla biləcəklər.

Qeyd edək ki, gələn ildən etibarən ATU-nun hazırlıq kurslarına ildə 2 dəfə -- aprel--may və oktyabr--noyabr aylarında qəbul aparılacaq. Bu, həm əcnəbi vətəndaşların universitetimizə cəlb olunmasına, həm də dərs prosesinin təşkil olunmasına imkan verəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında