233 nömrəli məktəbdə “Kiçik akademiya” yaradılıb

Bakının Qaradağ rayonundakı Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə “Kiçik akademiya” yaradılıb. Bununla əlaqədar məktəbdə AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.

www.science.gov.az saytı xəbər verir ki, görüşün təşkilində məqsəd məktəbdə yeni yaradılan “Kiçik akademiya”nın strukturu ilə tanışlıq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbirdə çıxış edən məktəbin direktoru Gülər Bəbirova “Kiçik akademiya”nın fəaliyyəti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, “Kiçik akademiya”nın prezidenti məktəbin fizika müəllimi Günay Məmmədovadır.

Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov qeyd edib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı günbəgün artmaqdadır. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. Təhsil Nazirliyi bir sıra aidiyyəti qurumlarla, o cümlədən AMEA ilə birgə bir çox layihələr həyata keçirir. Bu uğurlu layihələrdən biri də orta təhsil müəssislərində “Kiçik akademiya”ların yaradılmasıdır. Bu cür akademiyaların yaradılmasında məqsəd ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarını vaxtında aşkarlamaq, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq və onlara dəstək olmaqdır.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova tədbirin təşkilinə görə məktəbin müəllimlərinə minnətdarlığını bildirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonda gənc fiziklər elmi-əyləncəli şou nümayiş etdiriblər. Məktəblilər tərəfindən isə elmi təcrübələr təqdim olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

                                                    

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında