BANM-da “Mühəndislər üçün biznes təhsili” yekunlaşıb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri BP Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə, yerli mühəndislərin inkişafına dəstək olaraq həyata keçirdiyi “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurublar.

Ali Məktəbdən verilən məlumata görə, kurs BANM-ın 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə, yeni proqram çərçivəsində, həm də menecment və biznes sahəsində geniş bilgilər verir. Bu proqram gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradır.

BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin məzunu olmağa hazırlaşan 5-ci kurs tələbələrilə görüşərək onları “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurduqları üçün təbrik edib, proqramı uğurla başa vuran bütün tələbələri BP və BANM-ın birgə sertifikatı ilə təltif edib.

Layihənin əsas məqsədi gənc mühəndislərə ümumi biznes biliklərinin baza prinsiplərinin, liderlik keyfiyyətlərinin, layihələrin idarə edilməsinin və bir sıra digər istiqamətdə səriştə və biliklərin öyrədilməsindən ibarətdir. Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında