Qazaxıstanın dilçi alimləri BDU-nun filologiya fakültəsinin qonağı olub

BDU-nun Mətbuat və informasiya şöbəsindən xəbər verilir ki, Qazaxıstanın Pavlodar Dövlət Pedaqoji Universitetinin Rus dilçiliyi kafedrasının alimləri – professor Gülnarə Suyunova və dosent Olqa Andryuşenko  filologiya fakültəsinin qonağı olub. Görüşdə fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, dosent Cavanşir Muradov, Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.

Qonaqları salamlayan dekan Elçin Məmmədov görüşdən məmnunluq duyduğunu bildirib, onlara universitetimiz haqqında ətraflı məlumat verib, BDU-nun Qazaxıstanın aparıcı universitetləri ilə filologiya isitiqamətində qarşılıqlı əlaqələrindən söz açıb.

Dekan müavini Cavanşir Muradov, professor Ramiz Əskər, fil.ü.f.d. Ülviyyə Hüseynova Qazaxıstanda və Azərbaycanda türkoloji mühit, BDU-da türkologiya və ümumi dilçilik istiqamətləri üzrə aparılan tədqiqatlar, həmçinin hər iki təhsil müəssisəsindəki tədris prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

Professor G.Suyunova və dosent  O.Andryuşenka Azərbaycana ilk gəlişləri olsa da, paytaxt Bakını çox bəyəndiklərini bildiriblər. Belə bir tanışlıqdan məmnunluq duyan qonaqlar bundan sonra hər iki universitet arasında dilçilik istiqaməti üzrə əlaqələrin inkişafının zəruriliyini vurğulayıb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında