“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının ilk sayı və xüsusi buraxılışı çapdan çıxıb

Jurnala daxil edilən məqalələrdə turizm və mədəniyyət sahələrinin əməkdaşlıq perspektivləri, ali təhsil müəssisələrində təhsilin keyfiyyəti təminatı, ali təhsil ocaqları ilə müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasının səciyyəvi xüsusiyyətlərinə həsr olunmuş yazılar verilmişdir.

Nəşrdə, həmçinin  Azərbaycan Respublikasında turizm -- rekreasiya bazarının dövlət tərəfindən tənzimlənməsi və dəstəklənməsi, Azərbaycanda nağdsız hesablaşmaların tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ problemi, kütləvi informasiya və   kommunikasiya vasitələrinin  beynəlxalq münasibətlər sistemində yeri və rolu araşdırılmış və tədqiqat nəticələri təhlil edilmişdir.

ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki,  universitetin əsas  nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının eyni zamanda magistr tədqiqatlarına həsr olunan “Xüsusi buraxılış”ı çapdan çıxmışdır.  Xüsusi buraxılışda Naxçıvan Muxtar Respublikasında dağ-kurort turizminin mövcud vəziyyəti və  gələcək inkişaf perspektivləri, Azərbaycanda mehmanxana  sənayesinin inkişafı, Şəki--Zaqatala regionunda milli irs nümunələrinin qorunması və mədəni turizmin inkişaf istiqamətləri, Azərbaycanda turist marşrutlarının nəzəri əsasları, dini turizm müəssisələrinin struktur xüsusiyyətləri, mehmanxana sənayesində dəyər yaratma və müştəri məmnuniyyəti hissi üzrə araşdırma, İnvestisiya layihəsinin risk-menecmentinin təşkili və mərhələlərinin tədqiqinə həsr olunan araşdırma nəticələri yer almışdır.

 Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında