BANM-da ilin ilk TEDxBHOS konfransı keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə ilk konfransı – TEDxBHOS keçirilib.

Ali Məktəbdən verilən məlumata görə, əsas missiyası “Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

Konfransda BANM-ın rektoru Elmar Qasımov BANM tələbələrinin həyata keçirdiyi TEDxBHOS layihəsinə gələn bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-ın lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri BANM-da bu böyük tədbiri təşkil etdikləri üçün təbrik edib.

TEDxBHOS-da bir-birindən maraqlı 8 spiker öz innovativ və motivasiyaedici çıxışları ilə dinləyicilərin diqqətini cəlb edərək düşündürməyə sövq edib. Spikerlər arasında Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qvendolin Börçel, “Çox yaşa” verilişinin aparıcısı Vasif İsmayıl, “Rafa Film” Prodakşn şirkətinin rəhbəri Təhminə Rafaella Cəbrayıl, BANM-ın “Əşyaların interneti” laboratoriyasının rəhbəri, YolGet.az – ın yaradıcısı Abbas Əlili, “Orkhanway Coaching” şirkətinin rəhbəri, biznes trener Orxan Şahbaz və digərləri yer alıblar.

“Alternativ” mövzusu ətrafında baş tutan konfrans bir neçə saat davam edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında