Türkiyəli professor Botanika İnstitutunda aparılan tədqiqatlarla tanış olub

Türkiyənin Ege Universitetinin Botanika departamentinin nümayəndəsi, professor Münir Öztürk AMEA-nın Botanika İnstitutunun qonağı olub. www.science.gov.az saytı xəbər verir ki, institutun direktoru, akademik Validə Əlizadə, Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyeva və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimovun iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri barədə qonağa məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bitki müxtəlifliyi üzrə aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olan M.Öztürk əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək, qarşılıqlı kadr və təcrübə mübadiləsi imkanlarının olduğunu vurğulayıb.

                                                                           Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında