"Naftalan-2018" multidisiplinar beynəlxalq elmi-praktiki konfrans keçirilib

Naftalan şəhərində "Naftalan-2018" multidisiplinar beynəlxalq elmi-praktiki konfransın açılışı keçirilib. İki gün davam edən tədbir Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Yüksək Texnologiyalar Parkı, Fiziologiya İnstitutu və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

www.science.gov.az saytı yazır li, konfransı AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açıb. O, Naftalan yağının müxtəlif xəstəliklərin müalicəsində dərman vasitəsi kimi tətbiqinin XIX əsrə təsadüf etdiyini, ölkəmizdə 1950-ci illərdən başlayaraq səhiyyə ocaqlarında istifadəsinin gücləndirildiyini, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə geniş tədqiqatlar aparıldığını söyləyib: "Naftalan yağının daha çox patologiyaların müalicəsində effektivliyinin aşkar edilməsi üçün biologiya və tibb sahəsinin alim və mütəxəssisləri bu istiqamətdə səylərini birləşdirməlidirlər".

Naftalan Şəhəri İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov çıxışında müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Naftalan şəhərini seçməsini təqdirəlayiq hal adlandırıb.

Sonra AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək Naftalan yağı əsasında dərman preparatlarının hazırlandığını söyləyib, gələcəkdə burada elmi laboratoriyaların yaradılmasının zəruriliyini ifadə edib.

Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxışında müalicəvi Naftalan yağı əsasında yeni dərman preparatlarının yaradılması perspektivlərindən söz açıb. Tədbirdə çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev beynəlxalq səviyyəli konfransın Naftalan yağının geniş tətbiqi ilə məşğul olan müalicə mərkəzlərinin gələcək fəaliyyətinə, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini deyib.  

Sonra Qazaxıstan Respublikası Milli Kurort Assosiasiyasının prezidenti, biologiya üzrə fəlsəfə doktoru Sayagül Aydarovna, Şərqi Avropa üzrə müalicə sanatoriyasının baş meneceri Teodor Ştofira və digərləri çıxış edərək konfransın önəminə toxunublar.

Konfrans öz işini plenar iclaslarla davam etdirib.

 

                  Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında