ADU-nun tələbələri beş məcburi köçkün məktəbində pedaqoji təcrübə keçiblər

Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

ADU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübənin yekunlarına dair hesabatla çıxış edib. O, ADU tələbələrinin ümumilikdə səkkiz bölgə məktəbi olmaqla, beş məcburi köçkün məktəbində pedaqoji təcrübə keçdiklərini deyib. Diqqətə çatdırıb ki, tələbələr, həmçinin Bakıdakı 40 təşkilat və şirkətdə, dövlət qurumlarında və İsmayıllı Rayon İcra Hakimiyyətində istehsalat təcrübəsində olublar. Təcrübə müddətində tələbələrin fəaliyyəti, təşkil etdikləri tədbirlər təqdirəlayiqdir. Belə ki, tələbələr Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və azərbaycançılıq mövzularında “dəyirmi masa”lar, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatını keçiriblər.

M.İsmayılov gələcəkdə təcrübə prosesinin təkmilləşdirilməsi üçün qiymətləndirmə sorğusunun keçirildiyini söyləyib, bəzi təklifləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra təcrübə müddətində məcburi köçkün məktəblərində gedən proseslə bağlı videoçarx nümayiş etdirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla bu layihənin yalnız pedaqoji təcrübə deyil, həmçinin hamı üçün həyat təcrübəsi olduğunu bildirib. O deyib: “Biz burada hadisələrə nəzarət edirdik, gedişatı izləyirdik və onlara müəyyən düzəlişlər verməyə çalışırdıq. Bizim üçün də həyat dərsi idi, universitet üçün isə bütövlükdə imtahan idi. O məktəblərə gedən və getməyən müəllimlər üçün də imtahan oldu. Sevinirəm ki, biz hamımız bu imtahandan şərəflə çıxa bildik. Universitet ən vacib şərtlərdən birini özü üçün kəşf etdi. Tələbəsi, müəllimi, kafedra müdiri, dekanı və rektorundan asılı olmadan bir yumruq kimi birləşmək şansını əldə etdi. İnanıram ki, bu şansı bir daha əldən buraxmayacaq”...

İ.Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında