Mikrobiologiya İnstitutunda mükafatlandırma mərasimi

AMEA-nın Mikrobiologiya İnstitutunda çalışan gənc alim və mütəxəssislər arasında “Cümhuriyyətin 100 illik yubileyi tədbirləri çərçivəsində” adlı müsabiqə keçirilib. Məqsəd Cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, gənclər arasında maariflənmə işini gücləndirmək, alimləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.

www.science.gov.az saytı yazır ki, tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq müsabiqənin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi haqqında imzaladığı Sərəncam çərçivəsində təşkil edildiyini bildirib.

Daha sonra müsabiqənin qalibləri olan gənc alim və mütəxəssislərin mükafatlandırılması mərasimi keçirilib.

Birinci yerə institutun doktorantı Aytən­­­­ Səfərova, ikinci yerə isə müəssisənin doktorantları – Əfsanə Hüseynova və Tünzalə Abbasova layiq görülüblər.

Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

 

                                                                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında