Türkiyənin Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalınla görüş

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkiyəli alim, Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib. www.science.gov.az saytı yazır ki, institutun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev professor Şükrü Haluk Akalının elmi yaradıcılığı barədə məlumat verib. Bildirib ki, alim uzun illər Türk Dil Qurumuna rəhbərlik edib.

Daha sonra Şükrü Haluk Akalın hazırda Türkiyədə dilçilik elmi sahəsində olan vəziyyət barədə danışıb. Türkiyəli alim ölkəsində “Saltuknamə” dastanını nəşrə hazırladığını, bu mövzuda elmi araşdırmalar apardığını diqqətə çatdırıb. O, bir sıra türk xalqlarının lüğətinin, həmçinin Türkiyənin işarət dili lüğətinin hazırlanması sahəsində gördüyü işlərdən bəhs edib.

Sonda qonaq şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb..

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında