Dövlət İdarəçilik Akademiyasında bayram şənliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında xalqımızın əziz bayramı olan Novruz bayramı münasibəti ilə tədbir keçirilmişdir. 
Tədbiri akademiyanın I prorektoru professor Əlikram Abdullayev açaraq, kollektivin bütün üzvlərini bayram münasibəti ilə təbrik etmiş, hamıya cansağlığı, gözəl bahar əhval-ruhiyyəsi, bol-bol sevinc, ruzi-bərəkət, firavan günlər arzulamışdır. Ə.Abdullayev demişdir ki, Novruz bayramı xalqımızın müqəddəs bayramıdır. Novruz qədim zamanlardan ölkəmizdə tarixin hər bir dönəmində yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram hesab edilmişdir. Ə. Abdullayev ulu öndər Heydər Əliyevin də insanlara təmizlik, nəciblik, mehribançılıq, birlik hissləri aşılayan Novruz bayramına hər zaman xalqımızın əvəzsiz milli sərvəti kimi yanaşdığını bildirmişdir.
Sonra o, respublikamızda görülən işlərdən, ölkəmizin günbəgün artan tərəqqisindən, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən, regionun lider dövlətinə çevrilməsindən və bütün bu işləridə Heydər Əliyev irsininin layiqli davamçısı Prezident İlham Əliyevin səmərəli fəaliyyətindən danışmış, bu bayramı yüksək səviyyədə qeyd etmək üçün mənəvi haqqımız olduğunu vurğulamışdır. O demişdir ki, bu gün Azərbaycan Avropa və dünya birliyinə sürətlə inteqrasiya edir. Ölkəmizin beynəlxalq aləmdəki mövqeyi günbəgün möhkəmlənir, nüfuzu daha da yüksəlir. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Ə. Abdullayev xalqımıza həmişə belə bayram əhval-ruhiyyəsində olmağı arzuladı.
DİA-nın bütün şöbə və strukturlarına rektorluq tərəfindən Novruz bayramının rəmzi olan səməni və açıqçalar təqdim olunmuşdur. Bayram şənliyində respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimlərindən Şeyx Əbdül, Yalçın Rzazadə Faiq Şücəddinov, Baba Vəziroğlu və digərləri iştirak etmişlər. Tədbir tanınmış incəsənət ustalarının və akademiya tələbələrinin ifasında səsləndirilən musiqi nömrələri, həmçinin bədii-əyləncəli proqramla başa çatmışdır.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında