“Təhsildə İKT mövzusunda seminar

“eTwinning Plus” layihəsi çərçivəsində  “Təhsildə İKT” mövzusunda seminar öz işinə başlayıb.

Seminarın açılış mərasimində Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Vüsal Xanlarov çıxış edərək “eTwinning Plus” layihəsinin ölkəmizdə icrası barədə danışıb. Bildirilib ki, layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Ölkəmiz “eTwinning Plus” layihəsində 2013-cü ildən etibarən iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 35 Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

Üç gün davam edəcək seminara 8 ölkədən qonaqlar qatılıb. Tədbirdə Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Malta, Çexiya, Slovakiya və Azərbaycandan olan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr iştirak edir.   

Seminarın növbəti günlərində Avropa İttifaqının Azərbaycan Respublikasında nümayəndəsi Pərviz Bağırov, “ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin professoru Araz Yusubov, "Microsoft-Azərbaycan" şirkətinin təhsil üzrə meneceri Emin Axundov, “eTwinning” layihəsinin ölkələr üzrə səfir və nümayəndələri çıxış edəcəklər.

Seminar layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarının artırılması və layihənin Azərbaycanda genişləndirilməsini təmin etmək məqsədi daşıyır.

 

                                                  Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında