Azərbaycanın iqtisadi siyasətinin müasir inkişaf mərhələləri

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun imzaladığı tədbirlər planına uyğun olaraq mayın 24-də biznes idarəçiliyi fakultəsində iqtisadiyyat kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə “Azərbaycanın iqtisadi siyasətinin müasir inkişaf istiqamətləri” mövzusunda tədbir keçirilib.

 Tədbirdə universitetin elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, fakültənin dekanı Anar Mirzəyev, kafedra müdüri Vüqar Nəzərov, professor, müəllim və tələbə heyəti iştirak ediblər.

Yubiley tədbirini giriş sözü ilə universitetin prorektoru Anar Eminov açaraq cümhuriyyətin yaranması və onun fəaliyyətinin xalqın dövlətçilik ənənələrinin bərpasında və milli mənlik şüurunun formalaşmasında təkzibedilməz  rolundan danışıb. Qeyd olunub ki, həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində mühüm addımlar atılıb və  əsaslı nəticələr əldə edilib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin iqtisadiyyatın çiçəklənməsində və inkişafındakı böyük rolundan söz açan A.Eminov ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti  sayəsində davamlı və dayanıqlı iqtisadi inkişaf tendensiyalı uğurlarından detallı söz açıb.

ATMU-nun mətbuat xidmətnin məlumatında bildirilir ki, bu gün universitetdə Tələbə Gənclər Təşkilatının dəstəyi ilə AXC-nin 100 illiyinə həsr olunan musiqilli- ədəbi tədbir keçirilib.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında