ATMU-da sənaye-- universitet əməkdaşlığı davam edir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətovun təhsilin keyfiyyətinin artırılması yönümündə apardığı işlər çərçivəsində sənaye – universitet əməkdaşlığı prosesi davam edir. Bu istiqamətdə dünən ATMU-nun biznes idarəçiliyi fakültəsində dünyanın məşhur KPMG audit şirkəti ilə birlikdə “Karyera günləri” təşkil olunub.

“Karyera günləri”nin açılış mərasimində ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, biznes idarəçiliyi fakültəsinin dekan müavini Hüseyn Həsənov, iqtisadiyyat kafedrasının müdiri Vüqar Nəzərov və maliyyə ixtisasında təhsil alan tələbələr və KPMG şirkətinin insan resursları üzrə menecer Nərgiz İbrahimova və koordinator Aydan Badalova iştirak ediblər.

Tədbirdə universitetin prorektoru Anar Eminov sənaye əlaqələrinin qurulması, sənaye və təhsil arasında boşluğun minimuma endirilməsi, tədris prosesində sənaye ağırlıqlı tədris planlarının tətbiqi, yeni ixtisasların yaradılması və təsdiqi prosesində sənaye ehtiyaclarının düzgün qiymətləndirilməsi və nəzərə alınması məsələləri ilə bağlı geniş açıqlama ilə çıxış edib.

KPMG-nin insan resursları üzrə meneceri Nərgiz İbrahimova təmsil etdiyi audit, vergi, məsləhət xidmətləri təqdim edən şirkət haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırıb ki, dünyanın 155 ölkəsində filialları olan KPMG şirkəti bir neçə fərqli ixtisas üzrə 162,000 peşəkar kadrı vahid komandada birləşdirir.  Bu komandanın üzvü olmaq və beynəlxalq peşəkar status qazanmaq fürsətini təqdim edən KPMG ATMU-da “Karyera günləri” keçirməklə istedadlı tələbə- gənclərin seçilməsi,təcrübə və iş üçün cəlb olunması siyasətini başlıca məqsəd sayır.

Sonda bildirilib ki, ATMU kompyuter laboratoriyasında KPMG-nin xüsusi yaratdığı link vasitəsi ilə qeydiyyatdan keçən tələbələrlərin imtahan nəticələri ictimaiyyətə açıqlanacaq.

 “Karyera günləri”nin vaxtaşırı təşkili barədə ATMU və KPMG arasında razılıq sənədi imzalanıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında