Məktəblilər Fizika İnstitutunun müasir avadanlıqları ilə tanış olublar

Xırdalan şəhəri 6 saylı tam orta məktəbin X və XI sinif şagirdləri fizika aylığı çərçivəsində AMEA-nın Fizika İnstitutunda olublar. 

www.science.gov.az saytı yazır ki, elm və təhsilin inteqrasiyası çərçivəsində baş tutan səfərdə məqsəd məktəblilərdə elmə marağı artırmaq, o cümlədən onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir. 

Fizika İnstitutunun alimləri məktəblilərlə görüşdə elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklər barədə məlumat veriblər.

Görüş ərzində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

                                                                                         

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında