Bakı Ali Neft Məktəbinin tələbələri “Baker Huges”da işə və təcrübəyə başlayır

Bakı Ali Neft Məktəbi (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes” şirkətilə əməkdaşlığını genişləndirir. Bu münasibətlə BANM-ın rektoru Elmar Qasımov Baker Hughes şirkətinin Rusiya və Xəzər regionunun İnsan resursları üzrə direktoru Bağır Axundov, Azərbaycan və Gürcüstan üzrə İnsan resursları meneceri Sona Novruzova və Miqrasiya məsələləri üzrə meneceri Tural Əhmədovla görüşüb.

BANM-dan verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov Ali Məktəb və onun tədris proqramları, burada oxuyan yüksək intellektli tələbələr, əməkdaşlıq edilən yerli və beynəlxalq şirkətlər, BANM-ın yeni layihələri və imkanları haqqında ətraflı məlumat verib. Rektor həmçinin Baker Hughes kimi nəhəng şirkətin BANM-a və onun tələbələrinə olan marağından sevindiyini bildirib.

“Baker Hughes” şirkətinin Azərbaycan və Gürcüstan üzrə İnsan resursları üzrə direktoru Bağır Axundov qeyd edib ki, şirkətin BANM-ın dünya standartlarına cavab verən gənc məzun mütəxəssislərinə böyük ehtiyacı var. Bu məqsədlə Baker Hughes şirkətinin Azərbaycan nümayəndəliyi BANM-ın yuxarı kurs tələbələrinə şirkətdə təcrübə keçməsi üçün müsabiqə elan etmək niyyətində olduğunu və məzunlar üçün karyera imkanlarının yaradılacağını söyləyib. Bağır Axundov həmçinin qeyd edib ki, BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Emiliya Məmmədova Baker Hughes şirkətinə aparıcı sahə mütəxəssisi vəzifəsinə işə qəbul olunub, belə ki o, Rusiya, Qazaxıstan və Azərbaycandan olan 7500 namizəd arasında müxtəlif mərhələlər üzrə keçirilən müsabiqədə qalib gələrək şirkətin əməkdaşları sırasına qoşulub.

Görüş zamanı qərara alınıb ki, BANM-ın dörd tələbəsi iyun ayından Baker Hughes şirkətində istehsalat təcrübəsinə başlasın. Müzakirə zamanı həmçinin şirkətin rəhbər işçilərinin yaxın zamanda BANM-ın tələbələrinə motivasiya xarakterli master-klass təlimlər keçəcəyi dəqiqləşdirilib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında