BSU-da “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” adlı yeni dərsliyin təqdimatı olub

Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər kafedrasının hazırladığı  “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” adlı dərsliyin təqdimatı olub.

Tədbirin əvvəlində çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dərsliyin tələbələr, o cümlədən professor-müəllim heyəti üçün əhəmiyyətini qeyd edib. R. Novruzov bildirib ki, Beynəlxalq münasibətlər kafedrasının dosentləri Ləman Qarayeva, Şəhla Nuruzadə və Zümrüd Məlikovanın müəllifi olduqları dərslik elmi mənbələr əsasında və Azərbaycan Respublikasının təhsil siyasətinə müvafiq şəkildə tərtib olunub. O, deyib ki, müəlliflər dərslikdə qədim dövrdə və orta əsrlərdə dövlətlər arasında beynəlxalq münasibətlərin özünəməxsusluqlarını ictimai həyatın digər tərəfləri ilə sıx əlaqəli olan, eyni zamanda öz qanunlarına əsasən inkişaf edən xüsusi reallıq kimi təqdim etməyə çalışıblar. “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dərsliyinin bütün universitetlərin istifadə edə bilməsi üçün nəzərdə tutulduğunu deyən R. Novruzov müəllifləri yüksək səviyyəli əsər ərsəyə gətirdiklərinə görə təbrik edib.

Kitabın müəlliflərindən dosent Zümrüd Məlikova qeyd edib ki, “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dörd cildlik kitabın birinci hissəsidir. O, gələcəkdə bu dərsliyin üç cildinin də çap olunmasının nəzərdə tutulduğunu deyib.  Zümrüd Məlikova qeyd edib ki,  iyirmi üç fəsildən ibarət olan dərslikdə hər müəllifin yeddi mövzusu öz əksini tapıb. Sonra Z.Məlikovanın dərslikdə müəllifi olduğu mövzular barədə məruzəsi dinlənilib.

Həmmüəlliflərindən biri olan dosent Ləman Qarayeva çıxışında bildirib ki, “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dərslikdə sistemləşdirilmiş proqram əsasında mühüm  tarixi faktlardan ibarət şərhlər öz əksini tapıb. L. Qarayeva diqqətə çatdırıb ki, dərslikdə beynəlxalq münasibətlərin formalaşmasını və təkamülünü şərh edərkən tarixi yanaşma ilə yanaşı, siyasi və müqayisəli təhlildən də istifadə edilib. Həmmüəllif qeyd edib ki, dərslik həm bakalavrlar, həm də magistrlər üçün nəzərdə tutulub.

Tədbirdə iştirak edən AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev nəşr olunan yeni dərslik barədə müsbət fikirlər səsləndirib. O, yüksək səviyyəli mütəxəssislər tərəfindən ərsəyə gələn yeni dərsliyin siyasi elmlərin inkişafına mühüm töhvə ölduğunu qeyd edib.

Tədbirin davamında BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf, Beynəlxalq münasibətlər kafedrasının dosenti Alpay Əhmədov, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri professoru Habil Məmmədov dərslik barədə təssüratlarını bölüşüblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında