ATU rektoru doktorant və dissertantlarla görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertantlarla görüş keçirib.

Rektor  çıxışında elm sahəsinin əhəmiyyətindən söz açdı. O qeyd etdi ki, bu, çox çətin, eyni zamanda da böyük məsuliyyət tələb edən bir işdir: “Elm sahəsinə hər il yeni tələblər qoyulur. Məsələn, bu il fevral ayında Səhiyyə Nazirliyi, AMEA və ATU-nun birgə elmi konfransı keçirildi. Həmin konfransda bir çox elmi və təşkilati işlər müzakirə olundu. Tədbirdə bu gün tibb elminə qoyulan tələblərdən da danışıldı, hansı ki, əvvəlki illərdən çox seçilir. Məsələn, xarici dili yüksək səviyyədə bilmək, xarici ədəbiyyatdan, müasir metodlardan istifadə qaydaları, etik normalar kimi tələblər 5 il bundan əvvəl yox idi. Amma indi istənilən tədqiqat işi mütləq etik komitənin təsdiqi ilə aparılmalıdır. Kliniki tədqiqatlarda buna çox diqqət yetirilməlidir. Biz çalışacağıq ki, elmi adı olan adamın yüksək reytinqi, professional səviyyəsi olsun”.

G.Gəraybəyli tədbir iştirakçılarını bu işdə aktiv olmağa çağırdı: “Universitetimizdə “Problem komissiyası” yaradılıb. Hər bir doktorant və dissertant bu komitə qarşısında hesabat verəcək. Bundan başqa, hər il ATU-da gənc alimlərin konfransı keçirilir. Sizi bu konfranslarda iştirak etməyə dəvət edirəm”.

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək, tədbir iştirakçılarının qarşısında duran vəzifələr haqqında geniş məlumat verdi.

Qeyd edək ki, ATU-ya bu il 26 doktorant, 24 dissertant qəbul olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında