ATU-da professor Rafiq Əsgərovun anadan olmasının 85 illiyi qeyd olunub

 Azərbaycan Tibb Universitetində (ATU) insan anatomiyası kafedrasının professoru, əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əsgərovun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbirdə  rektoru  Gəray Gəraybəyli yubilyarı təbrik etdi. O, Azərbaycan Tibb Universitetinin görkəmli alimlərindən olan Rafiq Əsgərovu canlı tarix adlandırdı: “Rafiq Əsgərov 85 illik ömrünün 65 ildən çoxunu Tibb Universitetinə həsr edib. Bu uzun və şərəfli yolda Rafiq müəllim aspirantdan professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlib. O, uzun illər anatomiya kafedrasının müdiri olub. Həmçinin universitetimizin ictimai həyatında böyük rol oynayıb, fakültə dekanı və prorektor vəzifələrini icra edib”.

G. Gəraybəyli yubilyarla bağlı gənclik xatirələrini də bölüşdü: “4-cü kursda oxuyurdum, məni bir neçə tələbə yoldaşımla birgə Ukraynaya Gənc Alimlər Konfransına göndərdilər. Oradan qalib olaraq qayıtdım. Bir müddət sonra mənə dedilər ki, prorektor səni çağırır. Həyəcan içində sizin qəbulunuza gəldim. Lakin siz məni gülərüzlə qarşıladınız, təbrik etdiniz. Bu, həqiqətən də bir tələbə üçün çox sevindirici hal idi”.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski professorun həyat və yaradıcılığı haqqında geniş məlumat verərək qeyd etdi ki, R.Əsgərov Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1951-ci ildə Bakıdakı 6 nömrəli orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun (ATİ) müalicə-profilaktika fakültəsinə daxil olub. O, hələ III kurs tələbəsi ikən - 1954-cü ildə ATİ-nin Normal anatomiya kafedrasında laborant, institutun beşinci kursunda oxuyarkən isə baş laborant vəzifələrinə təyin edilib. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc normal anatomiya kafedrasında aspiranturada saxlanılıb və oranı bitirdikdən sonra kafedranın assistenti vəzifəsinə seçilib. 1985-ci ildə professor R.Əsgərov ATİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedranın müdiri vəzifəsinə seçilib: “Rafiq müəllim 1995-ci ildə rektorun adına ərizə yazaraq kafedra müdirliyindən azad edilməsini xahiş edib. Onu da qeyd edim ki, o vaxtlar 65 yaşı tamam olmasına baxmayaraq, vəzifədən getmək istəməyənlər çox idi. ”

Yubilyar R.Əsgərov ünvanına söylənilən gözəl sözlər üçün hər kəsə təşəkkürünü bildirdi.

Qeyd edək ki, professor R.Əsgərov 200-dən çox çap olunmuş elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, Anatomiya muzeyinə aid kitabçaların, onlarla elmi-kütləvi məqalələrin müəllifi və həmmüəlliflərindəndir. Bilavasitə onun rəhbərliyi altında 10 nəfərdən artıq tədqiqatçı doktorluq və namizədlik dissertasiyası müdafiə edib. R.Əsgərov Ümumittifaq Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin VIII-XI qurultay və simpoziumlarının nümayəndəsi, keçmiş SSRİ və indiki MDB ölkələrində keçirilən elmi konfransların, eləcə də Cənubi Qafqaz Ölkələri Morfoloqlarının I--V konfranslarının, digər elmi forumların iştirakçısı və təşkilatçılarından olub.Top of Form

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında