Biri 700 bal toplayıb, yeddi nəfər isə 600-ü keçib

Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin şagirdləri ötən gün keçirilən qəbul imtahanında yüksək nəticələr əldə edib.

Təhsil Nazirliyindən bildirilib ki, 1 şagird 700 bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib. 

700 bal toplayan şagird Vasif Əsədovdur. Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655, Səbinə Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610, Ceyran Mehdiyeva isə 605 bal toplayıb. Sinifdə ümumlikdə 27 şagird təhsil alır.

Qeyd edək  ki, bu nəticələr şagirdlərin özləri və müəllimləri tərəfindən hesablanmış ilkin cavablardır.  Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi cavablar isə artıq elan olunub.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında