Gəncə Dövlət Universitetində Tələbə Ombudsman Mərkəzi fəaliyyətə başlayıb

Mərkəzin açılışı münasibətilə keçirilən toplantıda bildirilib ki, Tələbə Ombudsman Mərkəzi Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə AESOP layihəsi çərçivəsində fəaliyyətə başlayıb.

Layihənin daha yaxından mənimsənilməsi və onun universitetdə tətbiqi məqsədilə ötən il ali təhsil müəssisəsinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnformasiya Kommunikasiya şöbəsinin müdiri Asif Həsənov Xəzər Universitetində keçirilən tədbirdə iştirak ediblər.

Böyük Britaniya, Finlandiya və Polşalı ekspertərin, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyadan olan nümayəndələrin də iştirak etdiyi həmin təlimdə universitetlərdə Ombudusman ofisinin funksiya və strukturu nəzəri və praktik cəhətdən daha yaxından öyrənilib.

Bu ilin əvvəlindən isə universitetin rektoru, professor Yusif Yusibovun dəstək olduğu layihənin Gəncə Dövlət Universitetində tətbiqinə başlanılıb.

Bunun üçün İnnovasiyalar departamentində Tələbə Ombudsman Mərkəzinə ofis ayrılıb və mərkəz müvafiq avadanlıqlarla təmin edilib.

Tələbə Ombudsman Mərkəzinin fəaliyyətə başlamasını Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə böyük töhfə olduğunu deyən Tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov qeyd edib ki, bu mərkəz tələbələrin şikayətlərinin dinlənilməsi, müraciətlərə baxılması, eləcə də fakültə və universitet rəhbərliyi qarşısında  problemlərin qaldırılması və onların həlli istiqamətində mühüm işlər görəcək.

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə Tələbə Ombudsman Mərkəzinin fəaliyyətə başlamasını universitetdəki tədris prosesində və semestr imtahanlarında şəffaflığın təmini üçün mühüm amil olacağını deyib.

Sonra universitet Elmi Şurasının müvafiq qərarı ilə vəzifəyə təyin edilmiş ilk Ombudsman Rəşad İsgəndərov kollektivə təqdim edilib.

          Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında