Mərkəzi Bankın sədri Elman Rüstəmov ABŞ-da təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür

Mərkəzi Bankın sədri Elman Rüstəmov Vaşinqtona səfəri çərçivəsində Azərbaycan Cəmiyyətinin üzvləri və ABŞ-da təhsil alan tələbələrlə görüşmüşdür. 
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun da iştirak etdikləri görüşdə çıxış edən E.Rüstəmov xaricdə çalışan və təhsil alan azərbaycanlıların sayının artmasının ölkəmizin daha geniş təmsil olunması baxımından önəmli olduğunu bildirmişdir.
Vurğulamışdır ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi, dövlət büdcəsində təhsil xərclərinin ilbəil artırılması Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır.
Elman Rüstəmov son iki ildə dünyada cərəyan edən qlobal böhran fonunda milli iqtisadiyyatın vəziyyəti, qlobal böhranla mübarizə istiqamətində görülmüş preventiv tədbirlər, ölkənin iqtisadi inkişafında yeni strateji çağırışlar barədə öz fikirlərini tələbələrlə bölüşmüşdür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında