BANM-də yeni ixtisas: informasiya təhlükəsizliyi

Bakı Ali Neft Məktəbində (BANM) 2018/2019-cu tədris ilindən etibarən informasiya təhlükəsizliyi ixtisası tədris ediləcək. Yeni ixtisas ölkənin müxtəlif sahələrində informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi üçün kadr hazırlığını həyata keçirəcək.

BANM-dən verilən məlumatda bildirilir ki, informasiya təhlükəsizliyi ixtisası bu ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının tərkibində reallaşdırılacaq.

Qeyd edək ki, dövlət və qeyri-dövlət müəssisələrinin işində informasiya resurslarının və texnologiyalarının rolunun hər gün daha çox artması ilə həmin müəssisələrdə informasiya təhlükəsizliyi məsələləri ortaya çıxır. Ölkədə informasiya sistemlərinin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranıb. Məhz bu səbəbdən BANM-də informasiya təhlükəsizliyi ixtisasının tədrisinə başlanılması qərara alınıb.

İnformasiya təhlükəsizliyi ixtisasında şəbəkə təhlükəsizliyi, sistem proqramlaşdırma, sistemdə olan təhlükəsizliklərin test edilməsi, verilənlər bazasının təhlükəsizliyi, multiagent sistemlərin təhlükəsizliyi, barmaq izlərinin tanınması və s. kimi fənlərin tədrisi planlaşdırılır.

Dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-də bütün ixtisaslarda olduğu kimi informasiya təhlükəsizliyi ixtisasında da tədris ingilis dilində aparılacaq.

Tədris yüksək ixtisaslı yerli və əcnəbi müəllimlər tərəfindən həyata keçiriləcək.

Yeni ixtisasla bağlı bütün işlər yekunlaşdırılmaq üzrədir və abituriyentlər yeni tədris ili üçün artıq bu ixtisası seçə bilərlər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında