Bakı Slavyan Universitetində "Sosrealizm bizə nə verdi?" kitabının təqdimatı olmuşdur

Martın 17-də Bakı Slavyan Universitetində (BSU) yazıçı Elçinin "Sosrealizm bizə nə verdi?" kitabının təqdimatı keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Kamal Abdullayev təqdimat mərasiminin universitet və "525-ci qəzet"in birgə təşkilatçılığı ilə keçirildiyini bildirmişdir. Rektor qeyd etmişdir ki, görkəmli yazıçı eyni zamanda ədəbi tənqidçi kimi də tanınır. K.Abdullayev vurğulamışdır ki, bu kiçik monoqrafiya Azərbaycan sovet ədəbiyyatının böyük bir dövrünə yeni baxışı formalaşdırır, ədəbiyyatımızın əldə etdiyi nailiyyətləri əks etdirir, bir sıra problemlərə diqqət çəkir.
Bakı Slavyan Universitetinin professoru Məmməd Qocayev qeyd etmişdir ki, Elçinin kitabında ədəbiyyat üçün elə əhəmiyyətli məsələlər qaldırılmışdır ki, onların gələcəkdə geniş tədqiqinə ehtiyac vardır. Alimin fikrincə, Elçinin monoqrafiyası sovet dövrünün ədəbiyyata ziddiyyətli təsirləri ilə yanaşı, XX əsr Azərbaycan ədəbi yaradıcılığının böyük uğurlar qazanmasını da göstərmişdir.
Ümumən diskussiya şəraitində keçən təqdimatda çıxışçılar sosrealizmin xüsusiyyətləri, onun ədəbi prosesdə yeri, Azərbaycan ədəbi fikrinə təsirinin müsbət və mənfi tərəfləri barədə fikir mübadiləsi aparmışlar.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, BSU-nun alimləri, tələbələri, "525-ci qəzet"in əməkdaşları Elçinin kitabı haqqında fikirlərini bölüşmüşlər.
Sonda yazıçı Elçin kitabla bağlı səsləndirilən fikirlərə münasibət bildirmiş, sualları cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında