Ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb. "Azlntelecom" Məhdud Məsuliyyətli Cəmiyyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

www.science.gov.az saytının məlumatına görə, əvvəlcə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zaonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı videotəbriki nümayiş olunub. Mükafatlandırılma mərasimində iştirak edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Nazir qeyd edib ki, İKT sahəsi dünyada ən dinamik və sürətlə inkişaf edən bir sahədir. Azərbaycanda da bu sahə Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dünyada İKT sahəsi ən prioritet istiqamətlərdən biridir. Hər bir ölkə özünün inkişafında bu sahəyə olduqca böyük diqqət yetirir. Azərbaycanda da dövlət tərəfindən İKT sahəsi daim diqqətdə saxlanılır, mühüm sənədlər imzalanır, bir sıra dövlət proqramları təsdiq olunur. 

Məlumat verilib ki, ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası iki mərhələdə keçirilib. Olimpiadanın aprelin 29-da Bakı Mühəndislik Universitetində keçirilmiş birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib. Olimpiadanın final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazasından istifadə etməklə keçirilib.

Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandaları layiq görülüb.

Tədbirdə qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəxri fərman və diplomları, eləcə də olimpiadanın sponsorları “NAR” operatoru və “BestComp Group” şirkəti tərəfindən mükafatlandırılıblar.

                                                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında