“AVO MUN 2018” layihəsinə start verilib

Mayın 17-də ADA Universitetində “AVO MUN 2018” layihəsinin açılış mərasimi keçirilib.

Layihə “ASAN Könüllüləri” və “Gilan holdinq”in təşkilatçılığı, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin (UNDP Azerbaijan) dəstəyi ilə reallaşdırılıb.

Tədbirdə çıxış edən “ASAN Könüllülər” təşkilatının sədri Bəxtiyar İslamov layihə haqqında məlumat verib. O bildirib  ki, BMT-nin simulyasiyası əsasında artıq ikinci dəfə baş tutan layihədə 16-25 yaş arasında 75-ə yaxın gənc iştirak edir. Eyni zamanda, Azərbaycanda ilk dəfə üç dildə (Azərbaycan, ingilis və rus) üç komitənin simulyasiyası təşkil ediləcək. Layihə çərçivəsində “Təhlükəsizlik Şurası” – Dağlıq Qarabağ münaqişəsi, “Beynəlxalq Ədalət Məhkəməsi” – Krımın ilhaqı; hüquqi əsaslar, “Müstəqil Dövlətlər Birliyi” – Postsovet məkanında iqtisadi sabitlik adlı komitələr fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Könüllülər” təşkilatı haqqında məlumat verib. Qeyd edilib ki, 2013-cü ildən təsis olunan təşkilat bu günədək özündə 14 minə yaxın gənci birləşdirib. Bu müddət ərzində 300-dən çox layihə həyata keçirilib. Bu layihələr, ümumilikdə, 30 mindən çox gənci əhatə edir.

“AVO MUN 2018”in əhəmiyyətindən danışan Ü.Mehdiyev qeyd edib ki, bu layihə gənclərin beynəlxalq hüququ mənimsəməsində faydalı olacaq. O, layihə çərçivəsində müzakirə ediləcək mövzulara toxunaraq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın uzun illərdir həll edilməyən yeganə problemi olduğunu deyib. Bildirib ki, bizim ən böyük uğurumuz odur ki, Azərbaycan vətəndaşlarının, o cümlədən gənclərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır. Biz bu məsələdə dövlətimizin başçısının ətrafında sıx birləşmişik.

BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəsmisi Məzahir Əfəndiyev Azərbaycan dövləti tərəfindən gənclərə böyük diqqət və qayğı göstərildiyini deyib. O, “AVO MUN” layihəsinin 2014-cü ildən həyata keçirildiyini bildirib, gənclərin müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu layihə Azərbaycanın inkişafı istiqamətində atılan tədbirlərə öz töhfəsini verəcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə layihənin gənclərin siyasi, sosial, hüquqi biliklərinin hərtərəfli artırılması baxımından əhəmiyyətini qeyd ediblər.

 AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında