“Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”

UNEC və “Səs” media qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov Şərqdə ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu bildirib. Rektor ulu öndər Heydər Əliyevin “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir” – fikrinə diqqət çəkərək, məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O, cümhuriyyət tarixinin ilk dəfə ulu öndərin rəhbərliyi dövründə təhlil olunduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Dövlət başçısının sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bunun bariz nümunəsidir.

“Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev AXC-ni Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi kimi səciyyələndirib.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı AXC-nin zəngin dövlət quruculuğu təcrübəsindən danışıb.

AXC-nin qanunvericilik siyasətindən bəhs edən Milli Məclisin deputatı M.Quliyev Milli Şuranın formalaşması prosesi və fəaliyyətindən danışıb. Milli Məclisin deputatı Elman Nəsirli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin mühüm səhifəsini təşkil edir.

Milli Məclisin deputatları Aydın Hüseynov AXC dövründə həyata keçirilən iqtisadi islahatlardan söz açıb, Rauf Əliyev müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyətin çox mühüm qərarlar qəbul etdiyini vurğulayıb, Azər Badamov məhz bu dövrdə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verildiyini, dövlət strukturları, nizami milli ordu yaradıldığını diqqətə çatdırıb.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik cümhuriyyətin yaradılmasını mühüm əhəmiyyət kəsb edən və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edən tarixi hadisə adlandırıb.

Tədbirdə iştirak edən görkəmli tarixçi alimlər – ADPU-nun prorektoru Asəf Zamanov, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov, BDU-nun kafedra müdirləri Anar İsgəndərov, İradə Hüseynova, tarixçi alim Boran Əziz və digərləri AXC-nin xalqımıza verdiyi töhfələrdən bəhs edərək, qısa hakimiyyət dövründə Azərbaycan tarixində 350 ilkə imza atıldığını diqqətə çatdırıblar.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında