ATU-nun əməkdaşı Eskişehir Anadolu Universitetində konfransda çıxış edib

Türkiyənin Eskişehir Anadolu Universitetində Tətbiqi Biologiya Elmləri üzrə IV Beynəlxalq Konfrans (IV İnternational Congress on Applied Biological Sciences) keçirilib. Konfransda Azərbaycan Tibb Universitetini (ATU) əczaçılıq fakultəsinin farmakoqnoziya və botanika kafedrasının baş laborantı Nərmin Babayeva təmsil edib.

O, “Hedysarum (H) formosum və Hedysarum atropatanum bitkilərinin xammalının morfoloji-anatomik tədqiqi və flavonoidlərin miqdari təyini” mövzusunda çıxış edib. N. Babayeva Azərbaycan florasından olan H. atropatanum və H. formosum bitkilərinin yarpaq və köklərinin morfoloji və anatomik quruluşundakı xarakterik diaqnostik əlamətləri müəyyən etməsi barədə tədbir iştirakçılarına məlumat verib. Tədqiq olunan bitkilərin otunda flavanoidlərin miqdarını HPLC üsulu ilə öyrəndiyini qeyd edib. O deyib: “Miqdari təyinat üsulunun validasiyası yerinə yetirilib. Aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, hər iki bitki flavonoid baxımından perspektivli növlərdir, sonrakı tədqiqatlarda bu birləşmələrin fərdi qaydada alınması və onların farmakoloji xassələrinin öyrənilməsi aktualdır”.

Qeyd edək ki, N. Babayeva konfransda həmçinin sessiya idarə edib.

Z,BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında