BDU-da “Ekoklub” üzvlərinin III Ekoloji Forumu keçirildi

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən öyrəndik ki, Təhsil Nazirliyi Respublika Uşaq-gənclər İnkişaf Mərkəzi və universitetin Ekologiya və torpaqşünaslıq fakültəsinin birgə  təşkilatçılığı ilə “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin III Ekoloji Forumu keçirilib.

Tədbiri giriş sözü ilə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açaraq bildirib ki, keçirilən forum ilk dəfə  1923-cü ildə Bakıda “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə Azərbaycanda başlanan gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Professor İ. Əliyeva keçirilən forumun əhəmiyyətindən bəhs edib, məktəblilərin ekoloji biliklərinin artırılmasında, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasındakı rolundan danışıb.

Sonra Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov,  Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru, dosent Firuzə Sultanzadənin çıxışları dinlənilib. Bildirilib ki, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabr ayından etibarən Bakı şəhərinin orta məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. “Ekoklub” üzvləri ekologiyanın əsaslarını öyrənərək ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələniblər. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il Ekoklub üzvlərinin Ekoloji Forumları keçirilir.

“Yaşıl şəbəkə” devizi altında keçirilən III Ekoloji Forumda Bakı şəhəri üzrə 40 orta təhsil məktəblərində fəaliyyət göstərən 2000 Ekoklub üzvləri arasından seçilmiş 400 məktəbli iştirak edib.

İ.Əmənullayev,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında