Azərbaycanlı alimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal BilalovFunksional analiz şöbəsinin baş elmi işçiləri, professorlar - Vəli Qurbanov və Araz Əliyev Moskvada Rusiya Elmlər Akademiyasının akademiki V.A.İlyinin 90 illik yubileyinə həsr olunan “Sərhəd məsələləri nəzəriyyəsinin müasir üsulları” adlı beynəlxalq konfransda iştirak ediblər.

www.science.gov.az saytı yazır ki, konfransın plenar iclasında B.Bilalov “Həyəcanlanmış triqonometrik sistemlərin bazislik xassələrinin isbatı üçün sərhəd məsələsi metodu və onun ümumiləşməsi”, professor Vəli Qurbanov “Adi diferensial operatora uyğun biortoqonal sıranın mütləq və müntəzəm yığılması” və professor Araz Əliyev “Təkrarlanan xarakteristikalı bir sinif üçtərtibli operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin tənlik əmsalları ilə ifadə olunan həllolunma şərtləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Alimlər səfər çərçivəsində akademik Yevgeni Moiseyev, professorlar - Kamil Sabitov, Anatoliy Sedletskiy, Ziqanur Fazullin, Andrey Şkalikov, Aleksandr Soldatovla elmi müzakirələr aparıblar.

 

                                                                                       Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında