Cari tədris ilində universitetdə 51 adda metodiki vəsait çap olunub

Azərbaycan Turizm və Menecment Universiteti yarandığı gündən tədris-metodiki işin keyfiyyətini daha da artırmaq üçün müvafiq tədbirlər sistemli şəkildə davam etdirilir. Fəaliyyət göstərdiyi 12 il ərzində Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tərəfindən hazırlanan 240 adda fənn proqramı, metodiki vəsait, metodiki göstəriş, dərs vəsaiti və dərsliklər çap olunub.

2017--2018-ci tədris ilində universitetdə 51 adda tədris-metodik vəsait çap olunub. Yeni nəşrlərdən 29–u fənn proqramı, 22-si isə metodik vəsait, dərs vəsaiti, monoqrafiya və dərslikdir.

Nəşrlər ATMU-da tədris aparılan ixtisaslara müvafiq olaraq hazırlanmış və tədrisdə istifadəsi zəruridir. Belə ki, universitetin rektoru İlham Mədətovun və dosent Məhərrəm Zülfüqarlının həmmüəllifliyi ilə hazırlanmış “Azərbaycan tarixi” dərsliyi son dövrlərdə ölkə tarixinə yeni yanaşmanın göstəricisi olmaqla, dəqiq faktlara əsaslanır. Həmçinin, İranə Əliyevanın yeni təlim metodologiyalarına əsaslanaraq hazırladığı çoxcildli “Rus dili” dərs vəsaiti tələbələrdə dil öyrənmədə asan mənimsəmə imkanlarını verir.

Azərbaycan iqtisadiyyatının son 25 ildə müstəqillik dövründə-ümumi xarakteristikası dosent Anar Eminovun həmmüəllifi olduğu “Müstəqilliyin 25 ilində Azərbaycan iqtisadiyyatı” dərs vəsaitində öz əksini tapmışdır. Universitetin menecment kafedrasının əməkdaşlarının kollektiv əməyi “Menecmentin əsasları” kitabını ərsəyə gətirib.

Nəqliyyat servisi ixtisasının tələbələri üçün nəzərdə tutulmuş Avtandil Bayramovun həmmüəllifliyi ilə hazırlanmış “Nəqliyyat hüququ” adlı dərs vəsaiti bu istiqamətdə təhsil alan tələbələr üçün xüsusi töhfədir.

 Turizmdə işlənən sözlərin, terminlərin izahlı və anlaşılan şəkildə çatdırılması məqsədilə “Dillər” kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “İzahlı turizm terminləri lüğəti”  bu sahədə bir ilkdir.

İnformasiya sisteminin iqtisadi cəhətdən səmərəli tətbiqinin təmin edilməsi və  biznes proseslərinin modelləşdirilməsinin əsasında dayanan “İqtisadi İnformatika”nın əsaslarını özündə əks etdirən və Nəqliyyat, İnformasiya Texnologiyaları və Təbiət elmləri kafedrasının əməkdaşları dosent Flora Ələsgərova və Aliyə Hacıbəylinskaya tərəfindən hazırlanaraq rus dilli qruplar üçün tədrisi nəzərdə tutulan dərs vəsaiti universitetdə ilk dəfə olaraq tələbələrə təqdim olunur.  Kafedra əməkdaşları tərəfindən hazırlanmış “Xammal və qida məhsullarının təhlükəsizliyi” kitabı “Qida məhsulları mühəndisliyi” ixtisasında təhsil alan tələbələr üçün əvəzsiz töhfədir.

Həmçinin, nəşrlər içində mədəniyyət tarixinə, memorial muzeylərin fəaliyyətinə, tələbələrdə yaradıcılıq təxəyyülünün inkişafına önəm verilən çox dəyərli tədqiqatlar yer alır.

Akademik dürüstlüyün qorunması məqsədilə Müəllif Hüquqları Agentliyindən nəzarət markaları alınaraq nəşr olunan kitabların hər birinin üzərinə vurulmuş və kitabların iki nüsxəsi milli kitabxanaya təqdim olunmuşdur.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında