Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu

Azərbaycan Turizm və Menecment Universitetində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva tədbirin məhz Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramdan qaynaqlandığını bildirib.

 Universitetin elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov məruzəsində tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyevi XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü adlandırıb. Bildirib ki, Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə rəhbərlik etdiyi 1969--1982-ci illərdə təsdiqləmişdi.

A.Eminov qeyd edib ki, zəngin təcrübəli və yeni təfəkkürlü siyasətçi Heydər Əliyevin demokratiya epoxasında müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək  Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut etdi.

Bakı–Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi təmin etdi. Böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev Şərq və Qərbin qovşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal, modern bir dövlət yaratdı. Xaricdə təhsil almağın bünövrəsini qoydu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan Dövlət Proqramına əsasən, yüzlərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil alıb. Fəxrlə deyə bilərəm ki, Dövlət Proqramından bəhrələnənlərdən biri ATMU-nun dekanı Rəhman Səfərov və mənəm. Bu şansı qazandığıma görə xoşbəxtəm.

Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibətilə təşkil olunan tədbirdə ATMU tələbələrinin təqdimat-məruzələri professor-müəllim heyəti və tələbələr tərəfindən maraqla qarşılanıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında