ATU rezidentlərinin 6-cı elmi-təcrübi konfransı keçirilir

Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ATU rezidentlərinin 6-cı (ATUREK-- 6) elmi-təcrübi konfransı öz işinə başlayıb. Konfransdan öncə ATU-nun rektoru, professor Gəray Gəraybəyli rezidentlərin hazırladığı posterlərə baxış keçirib. Tələbələrin ifasında universitetin himni səsləndirilib və konfras açıq elan olunub.

ATU-nun rektoru, professor G.Gəraybəyli bildirib ki, dünyanın bir çox ölkələrində baş verən geosiyası proseslərin mürəkkəbliyinə baxmayaraq, cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq səviyyədə öz layiqli yerini tutmaqdadır:  “Artıq yeddinci ildir ki, universitetin professor-müəllim heyəti ölkədə tibb sahəsində strateji əhəmiyyət kəsb edən rezidentura təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması prosesində uğurla çalışır. 2011-ci ildən bu günədək ATU-nu 36 ixtisas üzrə 500-dək rezident bitirərək, həkim-mütəxəssis adını alıb və onlar respublikamızın müxtəlif klinikalarında, həmçinin bəzi kafedralarımızda fəaliyyət göstərirlər. Məzun rezidentlərimizin həkim-mütəxəssis kimi yetişməsində universitetin müasir klinikaları və orada çalışan əməkdaşların rolu böyukdür”.

Rektor G. Gəraybəyli qeyd edib ki, hazırda universitetdə 30-dan çox ixtisas üzrə təqribən 530 rezident öz kliniki və elmi təcrübi bacarıqlarını artırır. Hər il 70-dən çox rezident Türkiyənin təxminən 10 klinikasında, habelə Almaniya, İsveç, Norveç, Fransa və digər xarici ölkə xəstəxanalarında 3-10 ay müddətində rotasiyada olur: “Bəzi rezidentlərimiz isə öz rəhbərləri ilə bərabər həmin ölkələrdə elmi konfranslarda, simpoziumlarda iştirak edirlər. Eyni zamanda, hər ilin may ayında ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş ATUREK adı altında rezidentlərin elmi-təcrübi konfransı keçirilir. Bu altıncı dəfə keçirilən elmi-təcrübi konfransımız əlamətdar bir dövrə təsadüf edir. Belə ki, respublikamızda həm ulu öndər Heydər Əliyevin 95-illiyi, həm də Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd edilir”.

Bu il keçirilən konfransa 25 ixtisas üzrə 150 elmi iş təqdim edilib, həm də ilk dəfə olaraq pediatriya, kardiologiya, cərrahiyyə və şüa diaqnostikası ixtisasları üzrə seminarlar və kurslar təşkil edilib. Gələcəkdə bu kimi kursların sayının daha da artırılması nəzərdə tutulub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında