Çinli mütəxəssislər AMEA alimləri ilə əməkdaşlıqda maraqlıdırlar

Çin İctimai Elmlər Akademiyası (ÇİEA) və Xuchou Universitetinin nümayəndələri AMEA-nın Elm Tarixi İnstitutunda olublar.

www.science.gov.az saytı yazır ki, görüşdə  qonaqlara Elm Tarixi İnstitutunun fəaliyyəti barədə məlumat verilib. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Çin-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ölkəmizin regionda geostrateji rolu və həyata keçirilən inkişaf proqramlarından danışıb.

Daha sonra institutun elmi katibi, siyasi elmlər doktoru Zaur Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Nuriyev Azərbaycan-Çin münasibətlərinin inkişafı və tarixinə dair məruzələrlə çıxış ediblər.

Sonda çinli alimlər AMEA-nın Elm Tarixi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək, birgə layihələrin və elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

 

             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında